UNO hesabatı açıqlandı. “ABŞ-ın gizli sınaqları ola bilər”

Hurriyyet.org “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsi maraqla gözlənilən hesabatı açıqlayıb. Hesabatda Uçan Naməlum Obyektlərin varlığının yalnız bir açıqlamasının olmadığı vurğulanır və bildirilir: “Bu, naməlum səma hadisələri həm də ABŞ təşkilatları tərəfindən həyata keçirilən gizli proqramlar da ola bilər”.

Hesabatda 2004-2021-ci illər arasında müşahidə edilən 144 hadisə araşdırılıb.

Hesabatda naməlum obyektlərin əsasən, ABŞ ordusuna məxsus təlim sahələrinin yaxınlığında müşahidə edildiyi bildirilir. Buna səbəb olaraq isə həmin bölgələrdə həddindən artıq radar və müşahidə cihazlarının olması göstərilir.

Hesabatda araşdırılan 21 naməlum obyektdən 18-nin adət edildiyindən fərqli uçuş və istiqamət xüsusiyyətləri göstərdiyi bildirilir. Bu cizimlərdən bəziləri havadan asılı qalıb, bəziləri küləyin əksinə uçub, bəziləri çox tez sürət götürüb, çox tez bir zamanda yavaşımaq xüsusiyyətinə malik olub.

Hesabatda UNO hadisələrinin hamısının eyni səbəblə açıqlamağın mümkün olmadığı bildirilir. Onların havaya atılmış qalıq, atmosfer hadisəsi ola biləcəyi versiyaları irəli sürülür. Həmçinin, həmin hadisələrin xarici qüvvələrə məxsus sınaqların bir hissəsi ola biləcəyi da qeyd edilir və əlavə edilir: “Bu, naməlum səma hadisələri eyni zamanda ABŞ təşkilatları tərəfindən həyata keçirilən gizli proqramlar da ola bilər”.

Hesabatda, bu hadisələrin tam elmi izahının hələ olmadığı etiraf edilir.