Ukrayna qaz yox, bu barədə düşünsün – Alman səfir

Hotel Ukraine. Kiev, Ukraine

Almaniya 2045-ci ilə qədər karbon enerji mənbələrindən tam imtina edərək, hidrogenə keçəcək. Ona görə də Ukrayna qaz yox, hidrogen ixracı barədə düşünməlidir.

Bunu Almaniyanın Ukraynadakı səfiri Anka Feldquzen deyib.

“Qaz müvəqqətidir. Ukrayna indi və gələcəkdə Şimal Axını-2 ilə mübarizə aparmalı olacaq, amma bununla bərabər o özünün digər sferalardakı geniş imkanlar barədə də düşünməlidir. O cümlədən, hidrogen və onun Avropaya tranziti barədə də düşünməlidir”, – deyə o bildirib. \\Axar