Türkiyə Müdafiə Nazirliyi Azərbaycan ordusunu təbrik etdi: “İşğaldan azad etməklə bizləri sevincə qərq elədiniz”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi  sosial şəbəkələrindəki hesablarında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümünü təbrik edib: “Azərbaycan türkü qardaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qəhrəmancasına və fədakarlıqla xidmət edən, Vahid Vətən Əməliyyatı ilə Qarabağda öz torpaqlarını işğaldan xilas edərək bizləri sevincə qərq edən güclü Azərbaycan Silahlı Qüvvələrinin bu özəl gününü təbrik edir, hörmətlə salamlayırıq”.

twitter.com/tcsavunma/status/1408696124660146178