Trampa qarşı həmlə: Şirkətləri araşdırılır

ABŞ-ın sabiq prezidenti Donal Trampın şirkətləri və iş əlaqələrinə yönəlik Nyu-York prokurorluğu tərəfindən aparılan araşdırma başa çatdırılıb, yaxın günlərdə məhkəmə prosesi keçiriləcək.

Bu barədə “Nyu York Timses” qəzeti bildirib.

Qeyd olunub ki, Trampın vəkilləri artıq bu barədə məlumatlandırılıb.

Qeyd edilir ki, Manhetten prokuroru Kyrus Vanke Trampın şirkətlərindəki iş metodu, vergi ödəmələri və digər məsələlərlə bağlı 2 ildir araşdırma aparır.

Bu ilin fevralında prokuror Tramp şirkətlərinin son 8 illik vergi qeydlərinə çıxış əldə edə bilib. \\Teleqraf