Rusiyada sərnişin təyyarəsi TƏCİLİ ENİŞ ETDİ

Krasnoyarsk – Soçi reysi üzrə uçuş icra edən “Norvind” aviaşirkətinə məxsus sərnişin təyyarəsi yanğın detektorunun işə düşməsi səbəbindən Novosibirskinin Tolmaçeva aeroportuna təcili eniş edib.

Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Belə ki, uçuş zamanı lövhədə “İlk yük yeri bölməsində yanğın” yazısı görünüb. Lakin ekipaj heyətinin apardığı baxış nəticəsində hər hansı yanğının baş vermədiyi məlum olub. Buna baxmayaraq, təyyarə heyəti təcili eniş etmək barədə qərar verib.

İnsident zamanı hər hansı xəsarət alan olmayıb. \\Axar