Rusiya Aralıq dənizində də “meydan sulayır”

Hurriyyet.org xəbər verir ki, Qara dənizdəki gərginlikdən bir gün sonra Aralıq dənizində fövqəladə hadisə baş verib. Putin NATO-nun təyyarə gəmisinin qarşısını kəsmək üçün addımlar atıb. Görüntüləri paylaşan rəsmi televiziya beş hərbi gəminin, iki sualtı gəminin və qırıcıların Aralıq dənizini sarsıdacağını bəyan edib.

May ayında nüvə raketi daşıyan qırıcıları daşıyan bombardman təyyarələri Tu-22M3-ləri ilk dəfə Suriyadakı Xmeymim bazasında göndərən Rusiya bir ay sonra Aralıq dənizində yenidən meydan sulayır.

Rusiya ordusunun “Zvezda” televiziyası yeni nəsil hipeksonik raketləri daşıya bilən MiG-31K təyyarəsi ilə sualtı Il-38 təyyarəsinin də Xmeymimə endiyini göstərən təsvirləri təqdim edib.

İngiltərənin “HMS Kraliça Yelizaveta” təyyarə gəmisinin liderlik elədiyi NATO qüvvələrinin Kipr sahillərinə gəlməsindən sonra Rusiya hərbi gəmilərini də İstanbul boğazından keçirərək Kipr sahillərinə yollayıb.

Xəbərdə bildirilir ki, hazırda Aralıq dənizində olan “Moskva”, “Admiral Essen” və “Admiral Makarov gəmilərini Xmeymimdən havaya qalxacaq qırıcılar müşayiət edəcək.