“Putinin olduğu heç bir toplantıya qatılmayacam” – Avropa ikiyə bölündü

Avropa ölkələri Rusiya ilə münasibətlərin qurulması məsələsində razılığa gələ bilmir.

Fransa və Almaniya liderləri prezident Vladimir Putin ilə zirvə toplantılarının başlamasının tərəfdarıdır. Lakin Hollandiya, Polşa və Baltik ölkələri Rusiya ilə dialoq qurulmasını qəti şəkildə rədd edir. Onlar hesab edir ki, Rusiya aqressiv siyasət yürüdür və buna görə də hazırda dialoq qurmaq üçün əlverişli şərtlər mövcud deyil.

Hollandiyanın Baş naziri Mark Rutte bəyan edib ki, o Avropa Şurasının üzvü olaraq Putinin iştirak etdiyi heç bir toplantıya qatılmayacaq. \\Metbuat