Müsəlmanlar üçün çox işlər görmüşəm – Qaribaşvili

Gürcüstanda uzun illərdir qeydiyyata alınmayan məscidlərlə bağlı problemlər həll olunacaq. Hökumət ölkədəki bütün qeydiyyatsız məscidləri qanuniləşdirməyi planlaşdırır.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.

Onun sözlərinə görə, ölkənin müsəlman icmasını narahat edən digər cari məsələlərin də həlli nəzərdə tutulub.

Müsəlman icması ilə dostluq münasibətlərinin olduğunu vurğulayan İ.Qaribaşvili deyib:

“Müsəlmanlara göstərdiyim dəstək sayəsində konkret nəticələr əldə etmişəm. İlk dəfə baş nazir olduğum dövrdə müsəlman icmasına yalnız sözdə deyil, əməldə də maksimal dəstək göstərmişəm. Onlar üçün çox iş görmüşəm və bunu davam etdirəcəyəm”. \\Axar