Merkel Avropa İttifaqına üz tutdu: “Türkiyə ilə dialoq mühümdür”

Hurriyyet.org xəbər verir ki, Almaniyanın Baş naziri Angela Merkel Avropa İttifaqında ortaq mənfəətlərlə bağlı əməkdaşlığın inkişafı üçün Türkiyə ilə dialoqun sürətləndirilməli olduğunu söyləyib. Merkel Avropa İttifaqı Liderlər Sammitindən əvvəl Federal Məclisdəki çıxışında Aİ Şurasının və Komissiyasının qaçqın məsələsi ilə bağlı əsas ölkələrlə əməkdaşlıq etməsi üçün addımlar atılması ilə bağlı təkliflər təqdim edilməsini məsləhət görüb.

Merkel Aİ Komissiyasının Aİ-nin Türkiyə ilə qaçqınlar məsələsinin maliyyələşdirilməsinin davamı üçün qəti addımlar atılmasını gözlədiklərini bildirib və Türkiyədə 3,7 milyon nəfər suriyalı qaçqının qeydiyyatda olduğunu bildirib: “Mövcud və gələcək qaçqınlar problemlərini ancaq Türkiyə ilə dialoq şəkildə həll edə biləcəyimiz aşkardır. Mart ayında razılaşdığımız kimi, Aİ olaraq ortaq mənafelər üzərindəki əməkdaşlığımızı inkişaf etdirmək üçün indi Türkiyə ilə dialoq məsələsini sürətlə həyata keçirməliyik”.