Hərb konsepsiyasını dəyişən 44 gün (VİDEO)

44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən əsas amillər xalqın və Silahlı Qüvvələrin Ali Baş Komandan ətrafında sıx birləşməsi ilə yanaşı, həm də güclü və modern Azərbaycan Ordusu olub. Uzun illər kifayət qədər ciddi vəsaitin ayrılması, dünyanın qabaqcıl silah istehsalçılarından müasir tələblərə cavab verən silah-sursatın alınması, güclü ordu quruculuğu üçün dövlətin əlindən gələn bütün mexanizmlərdən və rıçaqlardan istifadə etməsi nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil olub.

Hazırda bir sıra ölkələr – ABŞ, Almaniya, Fransa, Türkiyə, Pakistan, Ukrayna, Rusiya Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nəaliyyətlərin təhlili ilə məşğuldur. Bir sözlə, Azərbaycan Vətən Müharibəsində tətbiq etdiyi yeni silahlı mübarizə ilə dünyanın hərb konsepsiyasında ciddi dəyişikliklər etdi. Bu müharibə dünyanın silah bazarına da təsirsiz ötüşmədi. Bir çox beyin mərkəzləri artıq tank erasının başa çatmasına dair siqnallar verirlər.

Görünən odur ki, yaxın gələcəkdə bir çox ordular pilotsuz vasitələrin tətbiqinə, o cümlədən idarəolunan silah sistemlərinin əldə edilməsinə daha ciddi diqqət yetirəcəklər. \\Azerforum