Çin təhdid etdi, Ukrayna geri çəkildi

Çin Ukraynanı Sintzyandakı insan haqları pozuntusu barədə araşdırmaya dəstək verəcəyi təqdirdə Kiyevə koronavirus əleyhinə peyvənd tədarük etməyəcəyi ilə bağlı təhdid edib.

Bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb.

Məlumata görə, 22 iyunda 40 ölkə BMT-nin İnsan Haqları üzrə Şurasına müraciət edərək, Pekinin müstəqil müşahidəçiləri Sintzyan bölgəsinə buraxmasını tələb ediblər. Müraciətə qoşulanlar arasında Ukrayna da yer alsa da, 24 iyunda Pekinin təhdidindən sonra bundan imtina edib. \\Axar