Birinci erməni dövləti Rusiyadır?

“Böyük Ermənistan” projesi indi də “şimala köçür”

Ermənistandakı son parlament seçkilərinin nəticələrinin açıqlanmasının ardından tanınmış siyasi şərhçi Pyotr Akopov “Sputnik Abxaziya” nəşrində “Rusiya yenə Ermənistanı necə itirdi ”və“ Türkiyəyə güzəştə getdi ” adlı bir yazı yazdı və material dərhal “RİA Novosti”də də yerləşdirildi.

Şübhəsiz ki, Pyotr Akopovun Azərbaycan və Türkiyə ilə bağlı “geosiyasi baxışları” və proqnozları tənqidlərə cavab verə bilməz. Erməni millətçisi açıq şəkildə arzularını reallıq kimi biruzə verməyə çalışır. Lakin Akopovun əsas mesajı odur ki, ermənilərin “Böyük Ermənistanı” bundan sonra fərqli yerə daşınacaq və “qədim əzabkeş xalq” (m.q) bununla barışmalı olacaq. Obrazlı desək, “Böyük Ermənistan” projesi məcazi mənada “şimala köçdü”. Məlum sitat belədir:

“Ermənilər üçün əsas dövlət Rusiyadır. Üstəlik, bu, yalnız Rusiyanın Ermənistan dövlətinin varlığının yeganə təminatçısı olan ölkə olduğuna dair qeyd-şərtsiz həqiqətə deyil, “medalın o biri üzü”nə də aiddir: Ermənilərin əsas dövləti ona görə Rusiyadır ki, çünki burada ermənilər Ermənistandakından daha çoxdur. Bunlar arasında (Rusiya erməniləri) əcdadları əsrlər əvvəl tarixi vətənlərini tərk edənlər var, eyni zamanda SSRİ-nin dağılmasından və müstəqil Ermənistanın qurulmasından sonra ölkəmizə (Rusiyaya) köçənlər də az deyil. Bu illər ərzində respublika (Ermənistan) Rusiyanın – geosiyasi və iqtisadi dəstəyi və Rusiyadakı erməni diasporunun dəstəyi sayəsində varlığını saxladı. Bu xoşumuza gələ də, gəlməyə də bilər, amma bu tibbi həqiqətdir… ”

Təəssüf ki, bu məqamda rus xalqı üçün mübahisə etmək faydasızdır. Yaşlanan və əvvəlki “siyasi zəkasını” itirən prezidentin əlinin altında Rusiyanın açar postlarını etnik ermənilər – Mişustin və Lavrov (Kalantarov) kimki siyasi fiqurlar ələ keçirib. Hətta vəziyyət o yerə çatıb ki, dövlət “təbliğat maşını”na Marqarita Simonyan nəzarət edir. Rusiyanın əsas kurort bölgəsi – Krasnodar diyarı hamının gözü qarşısında “daha bir Ermənistana” çevrilir. Hələ bu faktdan danışmırıq ki, tərkibində onlarla müxtariyyat olan Rusiyaya tam vəhşi separatçılığn dəstəklənməsi siyasəti sırınır və bu, onu təkcə pravoslav Gürcüstanı ilə deyil, həm də qardaş Ukrayna ilə düşmənçilik mövqeyinə gətirir. Halbuki, bir çox cəhətdən ruslara ukraynalılardan daha yaxın millət yoxdur. Bunlar demək olar ki, eyni millətdir. Və hər şey sərhədlərin yenidən cızılmasına “aludə olan” erməni lobbisinin maraqlarına cavab verir.

Bununla belə, daha bir sanballı problem var – baxmayaraq ki, Rusiyada Ermənistan Respublikasından daha çox erməni yaşayır və bəzi yerlərdə (məsələn, Soçidə) əslində onlar – məhz ermənilər çoxluq təşkil edirlər. Ancaq ermənilər bütün Rusiya miqyasında çoxluq təşkil edə bilməyəcəklər. Rusiya çox böyükdür, qeyri-erməni əhalisi burada çoxdur. Bundan əlavə, Rusiya erməniləri üçün də, Ermənistan Respublikası erməniləri üçün də milli birlik və millətçilik psixozunun zəruri həddini qorumaq üçün “əsas” dövlətin (Rusiyadakı Ermənistanın) böyründə başqa bir “üçüncü erməni dövləti” haqqında fikirləşmək lazımdır. Ötənilki müharibənin nəticələrindən və Azərbaycan Qarabağ bölgəsinin azad edilməsinin ardınca güvənli şəkildə “birdəfəlik dəfn edilmiş”, Ermənistan erməniləri üçün “Artsax”a bənzər yeni bir qurum. Rusiya ermənilərinin “özlərininki” hesab etdikləri belə bir tanınmamış separatçı kukla dövlətcik var. Bu, ermənilərin onsuz da iqtisadiyyatına nəzarət etdiyi və orada əksəriyyətə çevrildikləri separatçı Abxaziyadır. Buna görə də, hələlik tələsməyəcəklər və rəsmi olaraq etnik abxaziyalıların bu yarımçıq dövlətdə aparıcı, lakin çox az səlahiyyətə malik, daha çox formal xarakter daşıyan siyasi postları tutmasına icazə verə bilərlər. Separatçı statusun taleyi əvvəlcədən bəlli olur – bu, torpağın sürətli şəkildə məhvi və “qədim mədəniyyətə xas insanlara güzəşt edilməsidir”.

Bir çox erməni millətçisi onsuz da işğal altında olan Gürcüstanın Abxaziya bölgəsini Rusiyadakı təsirlərini artıra biləcəkləri “baza” olaraq görürlər. Eynilə separatçı “Artsax”ın və Azərbaycanın işğal olunmuş ərazilərində kök salmış “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə gəlməsi kimi. Buna görə, “Artsax”ın çökməsindən və revanşistlərin Ermənistandakı parlament seçkilərində məğlubiyyətindən sonra rollar dəyişdi – bundan sonrakı deviz “əsas erməni dövləti Rusiyadır”a çevrildi. İkinci isə, “Artsax”a bənzəməkdə olan separatçı Abxaziyadır.

Təsadüfi deyil ki, Pyotr Akopovun “ermənilərin əsas dövləti” haqqında demək olar ki, “proqramlı”  məqaləsi istənilən başqa saytda yox, məhz “Sputnik Abxaziya” nəşrində dərc edilmişdir. “Ermənilərin əsas dövləti” indi Rusiyadır. Hələ ki, birbaşa, açıq deyilməsə də, belə olan halda işğal olunmuş erməni birliyinin “bazası və ehtiyatı” olmasına namizəd kimi təyin olunan məkan Gürcüstan Abxaziyası olacaq. Çünki erməni lobbisi dəfələrlə BMT və başqa beynəlxalq təşkilatlarda ciddi-cəhdlə Abxaziyanın işğaldan azad olunmasının və gürcü qaçqınlarının ora qayıtmasının əleyhinə səs verilməsi üçün çıxışlar edib, buna qarşı çıxıb. Həqiqətən də, Ermənistandan fərqli olaraq, Abxaziya birbaşa “əsas ermənilər dövləti Rusiya” ilə həmsərhəddir.

Bu da diqqətəlayiqdir ki, Ermənistandakı ermənilər, daha doğrusu rəsmi şəkildə onların yarısı – 53,92%-i Qarabağda ölmək istəmədikləri üçün “Böyük Ermənistan” mifi Rusiyaya və onun sərhədi olan Abxaziyaya transfer olur. Bu da Ermənistandakı parlament seçkilərində Nikol Paşinyanın partiyasının 53,92% qazandıqdan sonra ermənilərin artıq Qarabağ naminə müharibə istəmədikləri zaman aydın oldu, nə revanşist müharibə,  nə də”qələbə müharibəsi”. Əvvəla, ermənilər açıqca yeni müharibə və yeni itkilər istəmirlər. Əlbəttə, öz hesablarına, amma Rusiya və rusların hesabına “qalib olmaq”dan sözsüz ki, imtina etməzlər. Yaxud, onların çoxu ermənilər üçün bəzi güclərin 1920-ci ildə ABŞ prezidenti Vudro Vilsondan gözlədikləri kimi “Böyük Ermənistan” ın sərhədlərini genişləndirməsini və yad ərazilərin “gümüş sinidə təqdim olunmasının” əleyhinə deyillər. Ancaq bu missiyanı Vilson da tam yarıda bilmədi. Və indi nə Bayden, nə də Putin başqa ölkələrin torpaqlarını ermənilərə “bağışlamaq”, bundan ötrü müharibə aparmaq fikrində deyil.

Ermənilər onsuz da heç kimin tanımadığı və ermənilərin əksəriyyətinin yaşamayacağı yad torpaqlar uğrunda ölmək istəmirlər. Son 30 ildə ermənilərin əksəriyyətinin həyatlarını “Artsax”da deyil, hətta İrəvanda da deyil, Moskvada, Soçidə və ya Stavropolda qurmağı xəyal etmələri “Böyük Ermənistan” ideyalarının mövcudluğunun, onun müvəqqəti olaraq “sönüklüyünün” ən bariz nümunəsidir. Lap sönmüş vulkan kimi….

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi revanşist bloku cəmi 21.04% qazandı, baxmayaraq ki, Rusiyanın erməni lobbisi onu fəal şəkildə dəstəklədi. Göstəricilər çox əhəmiyyətlidir. Moskvada və ya Soçidə yaxşı məskunlaşmış ermənilər, əlbəttə ki, yeni revanşist müharibəsinin döyüş meydanlarında ölməyəcəklər. Xatırlayırsınızsa, bir müddət əvvəl Kreml təbliğat maşınının “sükanını əlində saxlayan” Marqarita Simonyan Nikol Paşinyanı “ən pis erməni” adlandırmışdı. Bu nahaqdan ya da əsassız deyilmiş söz deyildi. Çünki Paşinyanın niyyəti İrəvanın üzünü Qərbə yönəltmək, onu Qərbyönümlü dövlətə çevirməkdir. Simonyan və Rusiyaçılar isə ermənilərin gələcəyini Rusiyada gördüyünüə görə, hələ ki, bir müddət, ən azı Rusiyanın çöküşü sürətli formata keçənədək “ağa deyir sür dərəyə” prinsipi ilə Kremlin gözünə “şirin görünməkdir”. Hərçənd, Rusiyanın çökməsi gerçəkləşərsə, ona kürəyindən ilk bıçağı “Rusiya Ermənistanı”nın vuracağı bəllidir. Əqrəb əqrəbliyini tərgidə bilməz.

Qayıdaq Simonyankimilərə. Revanşist ritorika cəbhəsinin niyə qalib gəlmədiyinə gəlincə isə, aydındır ki, Koçaryanın diliylə danışan Ruisya erməniləri – Margarita Simonyan və ya Aram Qabrilyanovun qürurunu əyləndirmək üçün Ermənistan erməniləri övladlarını ölümə göndərməli olacaqlar. Əksər ermənilər bu cür perspektivlərdən razı deyillər. Üstəlik, real həyatda Köçəryan, kasıb Ermənistanın sıxıb suyunu çıxaran “Qarabağ klanı”nın təmsilçilərinin korrupsiya sxemlərinin bərpası xaricində, ermənilərə heç bir şey təklif edə bilməz. Üstəlik, “Artsax” separatçıları utanmaz-utanmaz qaçarkən evləri yandıraraq, ağacları qıraraq, əvvəllər ələ keçirdikləri kəndləri səhraya çevirdikləri yad torpaqlarında revanşist müharibə aparmalı olacaqlar.

Aydındır ki, erməni cəmiyyəti onu idarə edənlərin keçmiş səhvləri və cinayətlərinin cəzasını uzun müddət ödəyəcək. Ermənistandakı çaxnaşma həm də əvvəlki təcavüz və miatsuma edilmiş “stavka”nın nəticəsidir və bu cəmiyyət dövlət kimi yox, hələ indiki yerdə toplum kimi qalmaq istəyirsə gec-tez təcavüzkar millətçilikdən “təmizlənməsi” prosesindən keçməlidir. Milliyyətçi miflərin aradan qaldırılması erməni toplumunun ölüm-qalım məsələsidir.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA