Bir ayağını Vətənə qurban verən QAZİ: “Ermənilər uşağı qoyub unitazı götürüb qaçırdılar” – VİDEOREPORTAJ

30 illik erməni işğalına son qoyan Vətən müharibəsi qazilərindən biri də Anar Əsədovdur. O Anar ki, hələ müharibə başlamamışdan öncə müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət edib. Elə döyüşlərin ilk günündən düşmənin hədəflərini dəqiq zərbələrlə məhv edərək, böyük qəhrəmanlıq göstərib. Döyüşlərdə bir ayağını itirsə də, böyük zəfərdə payı olduğu üçün fəxr etdiyini deyir. Beş övladı ilə kirayədə qalan qəhrəmanımız yalnız mənzil şəraitinin yaxşılaşdırmasını istəyir.

Konkret.az Silahlı Qüvvələr Günündə xeyirsevər insanların dəstəyi ilə Vətən müharibəsi qazisi Anar Əsədovun evində olub və ona bayram sovqatını təqdim edib. Qazimiz keçdiyi döyüş yolundan söz açıb.