Belarus Qərbin qarşısından qaçmadı: “Sanksiyalara cavab verəcəyik”

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı, ABŞ, Britaniya və Kanada tərəfindən qəbul edilən sanksiya qərarlarına etirazını bildirən Belarus cavab addımları atacaqlarını bildirib.

Belarusun Xarici İşlər Nazirliyi Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Kanada tərəfindən verilən sanksiya qərarlarına qarşı tədbirlərin qarşıdakı həftələrdə mərhələli şəkildə həyata keçiriləcəyini bəyan edib.

Nazirliyin yazılı açıqlamasında yuxarıda sadlanan ölkələrin Belarus müəssisələrinə, işçilərinə biznesmenlərinə, jurnalistlərinə və deputatlarına qarşı əlbir sanksiyaları “Belarus xalqını mərhələli şəkildə boğmaq üçün addım” kimi qiymətləndirilib. Açıqmada deyilir: “Zahirdə söz azadlığını qorumaqdan danışan Aİ dünyada Avropa mənzərəsi ilə uzlaşmayan hər şeyi yandırır. Bəlkə də onlar üçün demokratiya elə bu deməkdir… Sadəcə bir məqsədləri var: Belarus xalqının həqiqi mənafeyinə əsaslanan müstəqil daxili və xarici siyasət yürüdən suveren dövləti parçalamaq. Avropalı siyasətçiləri öz xalqları belə dəstəkləmədiyi halda, onlar belaruslu siyasətçilərə dərs verməyə çalışırlar. Belarus bütün bunların cavabını verəcək. Gələcək həftələrdə dəfələrlə açıqladığımız  cavab tədbirləri mərhələ-mərhələ reallaşdırılacaq. Avropalı siyasətçilərin Belarus ilə təzyiq və sanksiyalar dili ilə danışmalı olmadıqlarını anlamalarının vaxtı çatıb”.