Atillanın nəvələri “rəngliləri” həzm etmədiyi üçün Avropa İttifaqı sanksiyalara əl atır

Hollandiya Macarıstandan Avropa İttifaqından çıxamağı tələb edib

Hurriyyet.org BBC-nin türk redaksiyasına istinadən xəbər verir ki, Avropa İttifaqı ilə Macarıstan arasında “üçüncü cinsə qarşı qanun” ilə bağlı böhran dərinləşir. Avropa İttifaqı Komissiyası hun dövlətinə qarşı sanksiya tətbiq eləməyə hazırlaşır.

Aİ Komissiyası LGBTİ+ üzvlərinə qarşı qanunla bağlı rəsmi Budapeştə qarşı tətbiq eləmək istədiyi sanksiyalar arasında Macarıstanın Aİ daxilində səsvermə hüququnu itirməsi və maliyyə yardımlarından məhrum edilməsi də var.

Rəsmi gündəmdə yer almamasına rəğmən, Brüsseldəki Aİ Liderləri Sammitində ən çox müzakirə edilən mövzulardan birinin Macarıstanda qeyri-ənənəvi meylləri olanlara qarşı qanunlar olduğu bildirilir.

Hollandiyanın Baş naziri: “Burada yeriniz yoxdur”

Hollandiyanın Baş naziri Mark Ryutte Macarıstanın Baş naziri Viktor Orbanı Aİ “dəyərlərinə” uymamaqda ittiham edib: “Burada yeriniz yoxdur. 50-ci maddəni tətbiq edin və Aİ-ni tərk edin”.

Kövrək “kişi”

Həmcinsi ilə evlənmiş (ərə getmiş) Lüksemburq  Baş naziri Ksavyye Bettelin kövrək çıxışı zamanı bir çox dövlət başçısının gözlərinin yaşardığı bildirilir.