Allahşükür Paşazadənin şok qiymətinə yeni zirehli maşını — FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin özünə dəyəri 600 min manatdan başlayan Mersedes-Maybach 57S zirehli maşın alıb.

Şeyxin yeni avtomobilinin üzərinə “99-AA-003” olan dövlət nömrə nişanı vurulub.

Xatırladaq ki, A.Paşazadə, bu lüks maşını ilə təqribən iki həftə öncə görüntülənib. Belə ki, o, iyunun 13-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinlə vida mərasiminə qatılarkən bu avtomobildən istifadə edib.  \\Demokrat.az