Aİ Cənubi Qafqazda prioritet infrastruktur layihələri müəyyən edib

“Avropa İttifaqı Dünya Bankı ilə birgə Trans-Avropa Nəqliyyat Şəbəkəsi üçün invesitiya planı hazırlayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzel bildirib.

Onun sözlərinə görə, sənəddə Gürcüstan və bölgənin digər ölkələrində prioritet infrastruktur layihələr müəyyənləşdirilib: “Plana Gürcüstan, həmçinin Azərbaycan və Ermənistanda avtomobil və dəmir yolları, logistik mərkəzlər və limanlara investisiyaların yönəldilməsi məsələsi daxil edilib. Məqsədimiz bölgə və Avropa İttifaqını birləşdirən strateji marşrutlarda yerləşən prioritet obyektlər üçün maliyyə resursları tapmaqdır”.