ABŞ heyəti Türkiyədə Akardan “hələ qərarımızı verməmişik” cavabını aldı

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Kərzai limanının təhlükəsizliyinin Türkiyə tərəfindən təmin edilməsi ilə bağlı təklif ABŞ ilə Türkiyə arasında müzakirə eilir. Məsələ üzərində çalışan ABŞ heyətinin Türkiyəyə gəldiyi açıqlanıb. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bununla əlaqədar deyib: “Texniki heyət gəlib. Hazırda bir qərar verməmişik. Ölkəmizin və Əfqanıstanın mənafelərinə uyğun nəticələr əldə eləmək üçün çalışırıq”.

Akar dünən jurnalistlərə açıqlamasında da Türkiyənin hazırda Əfqanıstana əlavə hərbçi göndərməyi planlaşdırmadığını söyləmişdi.

Türkiyə “siyasi, maliyyə və logistika dəstəyi” qarşılığında sentyabr ayında NATO qüvvələrinin Əfqanıstanı tərk eləmələrindən sonra Həmid Kərzai Hava limanının təhlükəsizliyini təmin eləməyi təklid eləmişdi.